"Vicdan" lyrics

Chingiz Mustafayev Lyrics

"Vicdan"

Mərhəmət duyğusu səndə yoxdursa
Tutduğun orucun nə mənası var?
Süfrəndə yoxsula yerin yoxdursa
Bir ay ac qalmağın nə mənası var?

Tərəzin çəkidə əyri çəkirsə
Dilin zəhər kimi qəlb incidirsə
Əlin rüşvət alıb rüşvət verirsə
Qıldığın namazın nə mənası var?

Namaz da, oruc da asandır, qardaş
Vicdanlı olmaqsa çətindir, qardaş
Əsl insan olmaq lazımdır, qardaş
Əməlsiz Quranın nə mənası var?

Namaz da, oruc da asandır, qardaş
Vicdanlı olmaqsa çətindir, qardaş
Əsl insan olmaq lazımdır, qardaş
Əməlsiz Quranın nə mənası var?

Yalandan and içib alver edənlər
Arvaddan xəbərsiz əyri gedənlər
Haqsızdan pul alıb haqlı edənlər
O həccə getməyin nə mənası var?

Haram pullarıyla evlər tikənlər
Yetimin haqqını bölüb yeyənlər
Şər atıb birini bədbəxt edənlər
Öləndə Yasinin nə mənası var?

Namaz da, oruc da asandır, qardaş
Vicdanlı olmaqsa çətindir, qardaş
Əsl insan olmaq lazımdır, qardaş
Əməlsiz Quranın nə mənası var?

Əməlsiz Quranın nə mənası var?
Əməlsiz Quranın nə mənası var?
Əməlsiz Quranın nə mənası var?
Əməlsiz Quranın nə mənası var?


You May Also Like
Ece Seçkin - "Yastık" (Ta-Ta-Ta-Tanerman) Gel yaslan, olsun göğsüm sana yastık Al ömrüm senin, bütün derdi bana kalsın Gülmedi gülmez ki şu kara bahtım Aşkım beni değil bütün şehri yakacaksın Gel yaslan, olsun göğsüm...
Lil Orxan & Sura İskenderli - "Yox" Darıxıram görməyəndə sənin üzünü Tapa bilmirəm mən daha dözümü Hər kəs var ama sən yox Mən kimə deyim sözümü? Keçmir ki, sənsiz heç bir günün yarısı Otağımda rəsmlər bağlıdı qapısı Yaşananlar...
Kenan Doğulu - "Bumaya" Bir yol bulup tanışırız sanıyorsan Gözünü aç bak olur inanırsan Uslu durup egonu da bir yenersen Yerini bulur yeterince dilersen Sevene deli ne kelime Yürünür bile ölümüne Çilesi çok, şakası yok...
Murat Boz - "Derin Mevzular" Susmasan, enine boyuna anlasan Konuşmadan, bi' sonuca varmasan Kartlar açık oynayalım son defa Sabırsızım geç olmasın, güç olsa da Bu kavga biter mi zamanla? Durulmaz... Savaşmadan, vurulmadan bi'...
Mustafa Sandal - "Damar" Kader duyarsa ya beni mahveder Ya dönüp kahreder, ortası yok bunun Kader yazarsa aşka isyan eder Kalemde yok sorun, sayfası boş bunun Hani yeri yoktu anılar içinde Nası' yer buldun bu kadar acının...